Faralar və alın şüşəsi çirklənmir – PİS ƏLAMƏT

Artıq bir çox ölkədə, o cümlədən Azərbaycanda yol gedərkən avtomobilin faraları və şüşələri həşəratlarla çox da çirklənmir.
Bunu bir çox səbəblə izah etmək olar. İlk növbədə demək olar ki, müasir avtomobillərin aerodinamikası 70-ci illərdəkindən fərqlənir. Bu fikir doğrudur. Amma aerodinamikası ilə yaxşı mənada seçilməyən Nivanın da şüşəsinə həşərat yapışmır. Bəs bunu necə izah edək?
Avtosfer.az xəbər verir ki, Avropada bu məsələ ilə bağlı tədqiqat aparılıb. Məlum olub ki, səbəb həşərat populyasiyalarının azalmasıdır. Danimarkalı tədqiqatçılar son 20 ildə həşəratların sayının 80% azaldığını aşkar ediblər. Bu məsələ avtomobil sürücülərinin işini asanlaşdırıb – maşını daha gec-gec yumaq lazım gəlir.
Lakin ekologiya baxımından fəlakət göz qabağındadır. Həşəratların azalması quşların ac qalması və sayının azalması ilə nəticələnir. Həm də həşəratların məhv olması ölmüş orqanizmlərin parçalanmasını da gecikdirir.
İnsana təsirinə gəlincə, həşəratların azalması bitkilərin tozlanmasını ləngidir. Bunun nəticəsini isə ətraflı yazmağa ehtiyac yoxdur.
Vüqar
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










