Gəmidə yanan 4000 avtomobilin aqibəti necə olacaq? - VİDEO

Bu günlərdə “Fremantle” gəmisində 4 minədək təzə avtomobilin yanması dünya mediasında baş xəbər idi. Müzakirələr bu gün də bitmir.
Avtosfer.az xəbər verir ki, avtomobillərin 25%-i, başqa sözlə 800 avtomobil heç bir zərər görməyib, istismara tam yararlıdır. Onlara nə tüstü, nə də yanğınsöndürmədə istifadə edilən maddələr təmas etməyib.
Çoxları fikirlərşir ki, bu avtomobillər dilerlərə təkrar yola salınaraq bir qədər endirimlə satılacaq. Hətta az zərər görən maşınların belə ucuz qiymətə satılmasını təklif edənlər tapılır.
Lakin mütəxəssislər fərqli düşünür. Onların fikrincə, istehsalçılar belə hallarda öz nüfuzlarını zədələməmək və gələcək geriçağırma kampaniyasından qaçmaq üçün gəmidəki avtomobilləri sadəcə olacaq utilizasiya edəcəklər.
Tarixdə oxşar təcrübə mövcuddur. 2006-cı ildə gəmiz qəzası zamanı 4600 Mazda avtomobilinin cəmi 68-i zərər görür. Lakin şirkət bütün avtomobilləri məhv etməyə qərar verir.
Bir sözlə, heç bir alverçi Fremantle gəmisindən təmir edib satmaq üçün yanan maşın götürə bilməyəcək. Buradan maşın götürmək yalnız laboratoriyalara və kolleksiyaçılara nəsib ola bilər.
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










