Gənc mühəndis kartondan “Lamborghini” düzəltdi - SÜRMƏK DƏ MÜMKÜNDÜR - VİDEO

Nigeriyada yaşayan gənc öz yaradıcılığı və istedadı ilə diqqət mərkəzinə düşüb.
Avtosfer.az xəbər verir ki, nigariyalı gənc mühəndis sadəcə karton və digər tullantı materiallarından istifadə edərək dünyaca məşhur “Lamborghini” avtomobilinin real ölçülərə yaxın modelini hazırlayıb. Bu qeyri-adi əl işi sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Belə ki, mühəndis avtomobil dizaynına böyük maraq göstərdiyi üçün yüngül və ucuz materiallarla özünə kiçik nəqliyyat vasitəsi düzəltmək qərarına gəlib. O, öz əl işi ilə sübut edib ki, kreativlik və zəhmət sayəsində hər kəs qeyri-adi texnologiyalar yarada bilər. Onun hazırladığı karton “Lamborghini” yalnız xarici görünüşü ilə deyil, həm də hərəkət edə bilməsi ilə insanları heyran qoyub.
Sosial şəbəkədə yayılan görüntülərdən sonra yerli icma və bir sıra avtomobil həvəskarları gəncin istedadını yüksək qiymətləndirib. Bəzi avtomobil şirkətləri və mühəndislik sahəsində fəaliyyət göstərən mütəxəssislər onunla əlaqə saxlayaraq bu istedadın daha da inkişaf etdirilməsinə dəstək olacaqlarını bildiriblər.
Bu hadisə, bir daha sübut edir ki, istedad və yaradıcılıq üçün sərhədlər yoxdur. Gəncin hazırladığı unikal karton “Lamborghini” modeli həm texnologiyaya olan marağı artırıb, həm də bir çox insana ilham verib.
Eltac Zülfüqaroğlu
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları








