Girdikləri evdə oyanan uşağı yatızdırıb, soyğuna davam etdilər - VİDEO

Türkiyədə qəribə oğurluq hadisəsi baş verib. Belə ki, soyğun zamanı oğrular oyanmış uşağı yatızdırıb, işlərinə davam ediblər.
Məlumata görə hadisə İstanbulda baş verib: Üç oğru gecə saatlarında A.K-nın evinə girib. Onlardan biri ev sahibinin doqquz yaşlı oğlunun yatdığı otağa girib. Uşaq səsə oyanıb, oğru isə ona, “Tamam, heç nə olmayıb, sən yat”, - deyib, sonra da məktəblinin notbukunu və oyun konsolunu götürərək otaqdan çıxıb.
Soyğunçular evdən qaçdıqdan sonra uşaq yatmış ailəsini oyadıb və baş verənləri danışıb. Ev sahibi dərhal polisə xəbər verib. Hüquq mühafizəçilərin iştirakı ilə təhlükəsizlik kamerasında olan görüntülərə baxılıb. Videoda oğruların binaya daxil olması və əllərində elektron avadanlıqlarla çıxması əks olunub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
“Haber Global” həmi kadrları təqdim edib.
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










