"Google Maps"də sürücülər üçün FAYDALI FUNKSİYA

"iOS" üçün "Google Maps" tətbiqi avtomobilin parklanma yerini avtomatik müəyyən edən və yadda saxlaya bilən yeni funksiya əldə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.
Yeni funksiya istifadəçinin səfər zamanı "Google Maps" açıq olduqda smartfonun USB, "Bluetooth" və ya "CarPlay" vasitəsilə avtomobilə qoşulması ilə aktivləşir. Hərəkət başa çatdıqdan sonra tətbiq avtomobilin parklanma yerini avtomatik olaraq xəritədə işarələyir və həmin məlumatı 48 saata qədər yadda saxlayır. İstifadəçi yenidən yola düşdüyü anda bu işarə avtomatik şəkildə silinir.
Qeyd edək ki, əvvəllər parklanma yerini yadda saxlamaq mümkün olsa da, bunu menyudan müvafiq bölməni seçərək əl ilə etmək lazım gəlirdi. Yeni funksiya isə prosesi tam avtomatlaşdırır. Bundan başqa, parklanma yerini göstərmək üçün artıq standart "P" işarəsi deyil, müxtəlif avtomobil ikonalarından istifadə olunur.
BYD-sini evdə saxlayır, altına xalça da sərib - VİDEO
Günəş fırtınası Yer kürəsini məhv edə bilərmi?
Arıqlama dərmanları təyyarələrin yanacaq sərfiyyatını azaldır - FOTO
Bəzi sürücülər niyə klassik avtomobillərdən istifadəyə maraqlıdır? - ARAŞDIRMA
Dünyada ən çox tıxac bu şəhərdədir
Ərəblərin hündür bina yarışı: 1007 metr hündürlük, 140 kilometr radius - FOTO
Sürücüləri qışda gözləyən sürpriz: boşalmış akkumulyator - FOTO
Bakıda 93 minə “Kia” satılır – FOTOLAR
ADY ilə ən çox səfər edən sərnişin - VİDEO
Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”? - ARAŞDIRMA











