Həbsdəki nəvəsinə qovuşmaq üçün cinayətə əl atdı

Fransada 60 yaşlı bir kişi nəvəsi ilə birlikdə olmaq üçün qəsdən ərzaq mağazasını qarət edərək həbsxanaya düşməyə çalışıb. Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb. Hadisə zamanı kişi üzünü maska ilə örtərək tapança ilə supermarkete daxil olub. Kassirdən nağd pulu tələb etdikdən sonra piştaxtadan bir qədər pendir və şərab da götürüb. Lakin o, hadisə yerindən qaçmayıb, əksinə, polisin gəlməsini gözləyirmiş kimi davranıb. 60 yaşlı kişi qısa müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Kişi polisə bildirib ki, məqsədi məhz həbs olunmaq olub. Araşdırmalar zamanı məlum olub ki, o, həbsdə olan nəvəsini çox darıxdığı üçün tez-tez ziyarət edirmiş, lakin daha çox vaxt keçirmək üçün özü də həbsə düşmək qərarına gəlib. Onun sözlərinə görə, kişi nəvəsinin həbsxanada kamerasındakı digər dustaqlar tərəfindən döyüldüyünü öyrəndikdən sonra onun yanında olmaq qərarına gəlib. Qeyd olunur ki, bu hadisəyə qədər o, heç bir qanun pozuntusuna yol verməyib. Məhkəmə qarşısına çıxarılan yaşlı kişi hakim tərəfindən qeyri-adi cinayətkar kimi xarakterizə olunub. Həbsxanaya düşmək istəyi sevgidən irəli gələn bir cinayət kimi qiymətləndirilsə də, ona qarşı üç ildən beş ilə qədər həbs cəzası tələb olunub. Lakin məhkəmə onun həbs olunmamasına qərar verib. Hakim yaşlı kişidən mağazaya dəymiş ziyanı ödəməsini, psixoloji dəstək kursu keçməsini və hadisə baş verən əraziyə yaxınlaşmamasını tələb edib.
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












