Həkim qəzada ölən Şahzadə Dianadan danışdı - VİDEO - FOTO

Şahzadə Diana qəzaya düşdükdən sonra hadisə yerinə ilk çatan fransalı həkim Frederik Mayliez ona necə kömək etməsindən danışıb.
Onun sözlərinə görə, hadisə baş verən vaxt - 31 avqust 1997-ci ildə o da “Alma” tunelindən keçirdi. Həkim qəzaya uğramış “Mercedes” markalı avtomobili görüb və köməyə gedib.
“Mən dağıntıların yanına getdim. Qapını açıb içəri baxdım. Dörd nəfərdən ikisi ölmüşdü - nə reaksiya, nə nəfəs yox idi. Sağ tərəfdə olan digər ikisi isə sağ idi, lakin vəziyyətləri ağır idi”.
Maylizin sözlərinə görə, ön oturacaqda oturan kişi bir neçə dəqiqə gözləyə bilərdi, ancaq arxadakı qadının təcili yardıma ehtiyacı var idi - nəfəs ala bilmirdi. Həkim dərhal təcili yardım çağırıb və avtomobilindən nəfəs alma torbası gətirib. Onun sayəsində, şahzadə Diana bir az özünə gəlib, amma yenə də danışa bilməyib.
“Bilirəm ki, bu heyrətamizdir, amma Şahzadə Diananı tanımadım. Mən maşının arxa oturacağında əyləşdim və kömək etdim. Onun çox gözəl olduğunu anladım, amma diqqətim onun həyatını xilas etmək üçün nə etməli olduğuma o qədər yönəlmişdi ki, qadının kimliyini düşünməyə vaxtım olmadı”, - deyə Frederik Mayliz paylaşdı.
Şahzadə Diana Paris xəstəxanasına aparılıb, bundan bir neçə saat sonra orada dünyasını dəyişib. Onunla birlikdə olan Dodi Fayed və sürücü də həlak oldu.
Xatırladaq ki, “Daily Beast”in jurnalistləri faciədən iki il əvvəl şahzadə Diananın özünün avtomobil qəzasında öləcəyi barədə xəbərdarlıq etdiyini bildiriblər.
Mənbə: Daily Mail
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO











