Hələ 1 yaşı tamamlaynmayan Çin maşınının sistemi çökdü, işə düşmədi - VİDEO

“Changan Uni-Z” modelinin 2025-ci il buraxılışı ilə bağlı sosial şəbəkələrdə yeni narazılıqlar yayılıb. Bir avtomobil ustası paylaşdığı videoda həmin modeldə bir-birini təkrarlayan ciddi texniki problemlərin mövcud olduğunu bildirib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, avtomobil diaqnostika zamanı ardıcıl olaraq P0A0B00, P179F00, P062800 və BMS (batareya idarəetmə sistemi) ilə bağlı səhv kodları verir ki, bu da mühərrik, transmissiya və elektron idarəetmə blokunda problem olduğuna işarə edir.
Sürücülər də sosial şəbəkələrdə oxşar nasazlıqlardan narazılıqlarını bildirir. Onların sözlərinə görə, bəzi avtomobillər “D” (Drive) rejiminə keçmir, bəziləri isə qəfil güc itkisi, hibrid sistemində xəbərdarlıq işıqları, ABS sistemində nasazlıq və ümumi idarəetmə bloklarının səhvləri ilə üzləşir. Ustanın qeyd etdiyi kimi, avtomobil nasosla bağlı problem yaşadığını da bildirir və bu nasazlıq digər səhvləri də tetikliyə bilər.
Mütəxəssislər hesab edir ki, ardıcıl şəkildə qlobal səhv kodlarının görünməsi avtomobildə kompleks elektronika problemi olduğunu göstərir. Hazırda sürücülər məsələ ilə bağlı rəsmi servis mərkəzlərindən dəqiq açıqlama və qısa zamanda həll yolu gözləyirlər.
Model sahibləri bildirir ki, problem təkcə bir avtomobildə deyil, bir neçə sürücünün eyni şikayətləri səsləndirməsi bunun sistematik nasazlıq olduğunu deməyə əsas verir. Hazırda məsələ sosial mediada geniş müzakirə edilir.
Eltac Zülfüqaroğlu
Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil peyda oldu - VİDEO
BYD-sini evdə saxlayır, altına xalça da sərib - VİDEO
Günəş fırtınası Yer kürəsini məhv edə bilərmi?
Arıqlama dərmanları təyyarələrin yanacaq sərfiyyatını azaldır - FOTO
Bəzi sürücülər niyə klassik avtomobillərdən istifadəyə maraqlıdır? - ARAŞDIRMA
Dünyada ən çox tıxac bu şəhərdədir
Ərəblərin hündür bina yarışı: 1007 metr hündürlük, 140 kilometr radius - FOTO
Sürücüləri qışda gözləyən sürpriz: boşalmış akkumulyator - FOTO
Bakıda 93 minə “Kia” satılır – FOTOLAR
ADY ilə ən çox səfər edən sərnişin - VİDEO
Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”? - ARAŞDIRMA











