Hərəkətli yol arakəsmələri: tıxacların qarşısını alır, fövqaladə vəziyyətdə isə... - VİDEO

Bu qurğular vasitəsilə sürücülər yolları deyil, yollar sürücüləri idarə edir. Avtosfer.az xəbər verir ki, videosu yayılan magistral yol ilk baxışda qeyri-adi görünməsə də sözün əsl mənasında fərqli funksiyalara malikdir. Belə ki, avtomatlaşdırılmış bordürlər Parisin aeroport yolunda quraşdırılıb.
Videodan da görümdüyü kimi arxa fonda yol işçilərinin daim nəzarəti ilə tənzimlənən robotlaşmış qurğular bir anda magistral yolun ümumi funksiyasını dəyişərək tamamilə fərqli hərəkət istiqaməti ilə nəqliyyat vasitələrinin irəliləməsini həyata keçirir. Adətən sıxlıqla müşayiət olunan yolda quraşdırılmış müasir texnologiya nəticəsində əvvəlki illərdə eyni ərazidə baş verən qəzaların sayı minimuma enib.
Həmçinin “ağıllı bordürlər” nəqliyyat vasitələri arasında mövcud olan tıxac faizini də azaldıb. Düymə ilə idarə olunan ağıllı texnoloji vasitələr təcrübəsiz sürücülərə də lazımi dərs verir və onların işini yüngülləşdirir. 24 saatlıq iş rejimi ilə çalışan yol-nəqliyyat əməkdaşları da professional şəkildə ağıllı bordürləri idarə etməyə səy göstərirlər.
Qeyd edək ki, Fransa ilə yanaşı, Sinqapurda da quraşdırılan müasir texnoloji vasitələr digər inkişaf etmiş ölkələrin gələcək hədəfləri sırasındadır. Robotlaşmış bordürlərin tez zamanda ölkəmizin nəqliyyat infrastrukturuna da cəlb olunacağına ümid edirik.
Nərmin Əkbər
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










