Heydər Əliyevin xidməti avtomobilləri - VİDEO - FOTO

Mayın 10-da Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur.
Avtosfer.az xəbər verir ki, Ümummili Liderin ən maraqlı eksponatlarından bəziləri böyük Liderin Azərbaycana rəhbər olduğu dövrlərdə 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərdir.
Avtomobilləri təqdim edirik:
“Çayka”
1969-cu ildən 1978-ci ilə qədər Heydər Əliyev “Çayka” xidməti avtomobilindən istifadə edib. İlk “Çaykaların” – “ГА3-13” seriya istehsalı 1959-cu ildə başlayıb. Bu avtomobil sovet avtomobil istehsalında çevriliş etdi. Avtomobil öz markasının digər modellərindən qeyri-adi gözəlliyi, rahatlığı və o vaxtlar üçün əla hərəkət səviyyəsi ilə fərqlənirdi. Sovet “Çaykasının” prototipi “detroyt Barokkosu” olmuşdu.
Belə avtomobillərin konstruksiyası yüksək rahatlıq, təhlükəsizlik səviyyəsi, əla dinamik xüsusiyyətlər təmin edərək, mühəndisliyin sonuncu nailiyyətlərinə cavab verirdi. “Çaykanın” qovşaq və mühərriklərinin bir çox konstruktiv həlləri sovet maşınqayırmasında yenilik idi. 1958-ci ildə, Brüsseldə keçirilmiş Dünya Sənaye Sərgisində ona ən yüksək – “Qran-pri” – mükafatı veriblər.
“Zil”
1978-ci ildən 1989-cu ilə qədər Ümummilli Lider rəsmi avtomobili olan “Zil”dən istifadə etmişdir. O vaxtlar bu əfsanəvi avtomobillər avtomobil istehsalının ən yüksək zirvəsi hesab olunurdu.
Lüks avtomobillər seriyalarla deyil, tək-tək istehsal olunurdu və yalnız Kremlin Xüsusi Təyinatlı Qarajında olurdular.
XX əsrin 70-ci illərində “ZİL” yeni limuzin – “ЗИЛ-4104”-ün buraxılması ilə yad edilmişdir.
“Mercedes”
1992-95-ci illərdə Heydər Əliyev “Mercedes S500” markalı avtomobildən istifadə edib. “Mercedes-Benz” – premium sinif minik avtomobilləri, yük avtobilləri və başqa nəqliyyat vasitələrinin buraxılışında ixtisaslaşan alman avtokonsernidir.
1960-cı illərin ortalarında “Mercedes-Benz” alman avtomobil sənayesinin lideri kimi möhkəm mövqe tuturdu.
Üçüncü nəsil “Mercedes S-Class” 1992-ci ildən 1999-cu ilə qədər 4 variantda istehsal olunub: “S320” (sıravi 6-silindrli mühərrik, 228 a.g.), “S420” (V8, 275 a.g.), “S500” (V8, 315 a.g.) və “S600” (V12, 389 a.g.).
“Altıyüzlük”
Ümummilli lider öz tərcihlərinə sadiq qaldı və avtomobili dəyişmək növbəsi gəldikdə onun seçimi yenə də “Mercedes” oldu. Azərbaycanın prezidenti “S600 SEL” markasından 1995-dən 1999-a qədər istifadə etdi.
Nurlan Sakitoğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI













