Hicablı qadınlar təyyarədən düşürüldü

Bostondan Los-Ancelesə getmək istəyən 2 müsəlman hicablı qadın təyyarədən düşürülüb. Buna səbəb stüardessanın müsəlman qadınların ona “çox diqqətlə baxdığını” düşünməsi olub. Hadisə Los-Anceles hava limanında baş verib. Baş verənləri həmin reyslə uçan amerikalı jurnalist Mark Fronfelder lentə ala bilib. Daha sonra o bu görüntüləri “YouTube”a yerləşdirib. Jurnalistin sözlərinə görə, hadisəyə səbəb olan stüardessa qorxmuş və ya narahat olmuş deyil, əksinə, əməlindən razı görünüb. Jurnalist hadisəni absurd və gərəksiz adlandırıb. “JetBlue” avia şirkətindən bildirilib ki, müsəlmanlar sadəcə dini mənsubiyyətinə görə saxlanılmayıblar. Şirkət nümayəndəsinin sözlərinə görə, hadisə bütün təhlükəsizlik prosedurlarına riayət edilməsi zəruriliyi səbəbindən baş verib. Məlumata görə, müsəlman qadınlar polislə qısa söhbətdən sonra azad ediliblər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












