Hillari Klinton qatardan düşərkən görüntüləndi - VİDEO

Maraqlı 13 Fevral 2026 09:46
Hillari Klinton qatardan düşərkən görüntüləndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-nin keçmiş Dövlət katibi Hillari Klinton Almaniyaya səfəri zamanı Berlindən Münhenə sürətli qatarla yollanıb.

Avtosfer.az xəbər verir ki, o, 13-15 fevral tarixlərində keçiriləcək 62-ci Münhen Təhlükəsizlik Konfransına getmək üçün qatarı seçib.

Klinton səyahət zamanı “Deutsche Bahn” qatarında texniki nasazlıqla üzləşib. Qatarın bistro vaqonunda baş verən elektrik problemi səbəbindən sərnişinlərə isti içkilər təqdim olunmayıb. Keçmiş diplomat bu məqamı sosial media hesabında yumorla bölüşərək, bunu Almaniyadakı təcrübəsinin “kiçik detalı” adlandırıb.

O, paylaşımında bildirib ki, səfər zamanı heç kim onu narahat etməyib və sənədlərlə bağlı sual verməyib. Bu ifadə Klintonun dövlət katibi olduğu dövrdə gündəm yaradan “e-poçt və məxfi sənədlər” müzakirələrinə istehzalı eyham kimi qiymətləndirilib.

Hillari Klinton Münhenə təhlükəsizlik və qlobal məsələlərin müzakirə olunacağı beynəlxalq konfransda iştirak etmək üçün gəlib. Onun ictimai nəqliyyata üstünlük verməsi Almaniyada da maraqla qarşılanıb.

Oxunub 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh