İctimai nəqliyyat işçiləri yeni tətilə başladılar

Almaniya paytaxtında ictimai nəqliyyatın əsas təminatçısı Berlin Nəqliyyat İdarəsi (BVG) ilə ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Verdi arasında davam edən əməkhaqqı danışıqları nəticəsiz qaldığına görə şəhərdə ikigünlük genişmiqyaslı tətil başlayıb.
Avtosfer.az “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, fevralın 20-də saat 03.00-dan başlayan tətil fevralın 22-də saat 03.00-dək davam edəcək. Tətillə əlaqədar Berlinin avtobus, tramvay və metro sistemlərinin böyük əksəriyyəti fəaliyyətini dayandırıb.
Verdi Həmkarlar İttifaqı BVG işçiləri üçün 30 faizlik maaş artımı və birillik kollektiv saziş tələb edir. BVG rəhbərliyi isə 17,6 faizlik maaş artımı təklif edir və müqavilənin dörd il müddətinə bağlanmasını istəyir. Təklif olunan maaş artımını qəbul etməyən Verdi, bunu son illərdə inflyasiyanın yüksək olmasının işçilərin real gəlirlərini azaltdığından daha böyük artıma ehtiyac duyulması ilə əsaslandırıb. Həmkarlar ittifaqı inflyasiyanın təsirindən qorunmaq üçün müqavilənin qısamüddətli olmasını istəyir.
BVG isə təklif etdiyi 17,6 faizlik artımı “səxavətli” hesab edir və daha yüksək artımın şirkət üçün illik 250 milyon avroya başa gələcəyini bildirir. Şirkət, həmçinin əlavə maaş artımlarını əməliyyat səmərəliliyini artıraraq kompensasiya etməyə çalışacağını açıqlayıb.
Həmkarlar ittifaqının rəhbərliyi danışıqların nəticəsiz qalacağı təqdirdə 2008-ci ildəki kimi uzunmüddətli sərt tətil təhlükəsi barədə xəbərdarlıq edib. Həmin vaxt Verdi 12 faizlik maaş artımı tələbi ilə 40 günlük tətil təşkil etmişdi. Tətilin nəticəsində BVG 4,6 faizlik artımla razılaşmışdı.(azərtac)
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları









