İctimai nəqliyyatdan az istifadə edənlər üçün sərfəli tarif

Paris Nəqliyyat Agentliyi ictimai nəqliyyatdan az istifadə edənlər üçün yeni vahid tarif müəyyən edib.
Avtosfer.az xəbər verir ki, hər gün Fransa paytaxtında ictimai nəqliyyatdan 4 milyon nəfər qeyri-müntəzəm şəkildə istifadə edir. Paris və ətrafı üçün yeni birdəfəlik nəqliyyat kartının qiyməti 2 avro 50 sent müəyyənləşdirilib. Bilet avtobus, qatar, metro və tramvaya şamil edilir.
Qərar mərkəzdə yaşayanlara çox da sərf etməsə də, periferiya sakinləri qərardan məmnundur. Mərkəzdə yaşayanlar 1 biletə hazırda 2 avro 15 sent ödəyirlər. Periferiyada isə qiymət 3-5 avro arasında dəyişir. Qərar 2025-ci il yanvarın birindən tətbiq ediləcək.
Paris metrosu qərarı təqdir edib. Metropoliten rəhbərliyi bu qərarla gəlirlərinin 13 faiz artacağını bildirib.
Azərbaycanda da differensial gediş haqqı barədə müzakirələr aparılsa da, ortada konkret nəticə yoxdur. Paris təcrübəsi göstərir ki, hansısa əhali qrupu üçün endirim tətbiq edilməsi heç kimin ziyanına deyil. Bu endirimdən bütün tərəflər qazanır. Günlük, həftəlik, aylıq biletlərin tətbiqinin vaxtı çoxdan çatıb.
Vüqar
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA











