İctimai tualetdə siqaret çəkmək vərdişin tərgitməyin maraqlı üsul tapılıb

Çində ictimai tualetlərdə siqaret çəkilməsi ilə mübarizə üçün yüksəktexnologiyalı həll yolu təqdim edilib. Siqaret tüstüsü aşkar edildiyi zaman tualetin kabinələri şəffaflaşır.
Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Honkonqun "The Standard" nəşri məlumat verib.
Nəşrdə qeyd olunur ki, Şençjen şəhərindəki iki ticarət mərkəzində "ağıllı" şüşələrlə təchiz edilmiş kabinələr quraşdırılıb və bu şüşələr siqaret tüstüsü aşkar edildiyi zaman dərhal şəffaflaşır. Əgər kimsə kabinədə gizlicə siqaret çəkmək istəsə, o, hər kəsin gözü önünə çıxmış olacaq.
Eyni zamanda, vurğulanır ki, adi halda şüşə qeyri-şəffaf vəziyyətdə qalır və ziyarətçilərin məxfiliyini təmin edir. Lakin tüstü aşkar edildikdə, quraşdırılmış sensorlar dərhal rejimi dəyişdirir. Hər kabinədə üzərində "Siqaret çəkərkən şüşə şəffaflaşır" yazısı olan xəbərdaredici lövhə yerləşdirilib.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










