İki gün ardıcıl maqnit qasırğası olacaq - FOTO

İyunun 2-si səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, saat 9:00-dan 12:00-dək qasırğanın gücü 5, saat 12:00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı nisbətən Yerə təsirsiz ötüşür. Yüksək coğrafi enliklərdə saat 12:00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03:00-12:00 aralığında 5-6 bal olacağı gözlənilir.
Orta coğrafi enliklərdə iyunun 2-də saat 15:00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.
Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.

Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları










