İki ölkəni birləşdirmək üçün dənizin altı ilə yol çəkilir - FOTO

İspaniya və Mərakeş hökumətləri 2 ölkəni birləşdirəcək sualtı tunelin inşasına başlamaq niyyətindədir.
Avtosfer.az-ın xəbərinə görə, hər 2 ölkənin məqsədi nəqliyyatın və yüklərin daşınma sürətini artırmaqdır.
Əslində belə bir ideya təxminən yarım əsr əvvəl verilsə də o dövrün texniki şərtləri tuneli hazırlamağa imkan verməyib. Artıq hər 2 tərəf işi öyrənmək üçün şirkətlər yaradıb. İspaniya isə tədqiqatlara 750 min avro ayırıb. Bu məqsədlə Almaniyanın ali məktəblərinə ezamiyyətlər də təşkil olunub.
İlkin hesablamaya görə uzunluğu 42 km olan tunelin 27,7 kilometri su altında olacaq. Avtomobillər bu yolu yarım saata qət edərək digər ölkənin ərazisinə çıxacaq.
Son məqsəd 2030-cu ildən sonra hər il 10 milyon sərnişin və 7 milyon ton yük daşımaqdır.
Vüqar Yaşaroğlu
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










