İlin ən güclü maqnit qasırğası - XƏBƏRDARLIQ

Gələn həftənin əvvəlindən Yer kürəsində iyul ayına qədər davam edəcək uzunmüddətli geomaqnit pozuntuları müşahidə olunacaq. Avtosfer.az Lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, aktivliyin pik nöqtəsi çərşənbə və cümə axşamı (26-27 iyun), intensivliyin geomaqnit şkalası üzrə 5-6 bala çatacağı günlər olacaq. İyunun 24-25-i, qasırğaların səviyyəsinin “qırmızı zonaya” daxil olacağı vaxt xüsusi təhlükə yaradır. Bu günlərdə meteohəssas insanlarda şiddətli baş ağrıları, təzyiqin düşməsi, yorğunluğun artması və yuxunun pozulması müşahidə oluna bilər.
Həkimlər əlverişsiz dövrə hazırlaşmağı məsləhət görürlər:
• istirahət vaxtını artırmaq və stresli vəziyyətlərdən qaçmaq;
• içmə rejimini və yüngül pəhriz saxlamaq;
• fiziki və emosional gərginliyi məhdudlaşdırmaq;
• açıq havada daha çox vaxt keçirmək.
Mütəxəssislər qeyd edirlər ki, indiki maqnit qasırğası bu ilin ən güclülərindən biri ola bilər. Ürək-damar xəstəlikləri olan insanlar xüsusilə diqqətli olmalı və lazımi dərmanların yanlarında olması tövsiyə olunur.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










