İlk dərs günündə antiekologiya - VİDEO

Bu səhnə hamıya tanışdır: məktəblərdə ilk dərs günü birincilər çoxlu şar gətirir və “təntənəli mərasimdən sonra” şarlar havaya buraxılır. Bu gün də istisna olmadı.
Bu foto və videodan da görünür ki, birinci sinifə qədəm qoyanlar yüzlərlə şarı Bakı küləyinə həvalə ediblər. Külək də onları şəhərin müxtəlif yerlərinə daşıyır. İlk baxışdan belə sual doğur: burda qeyri-adi nə var?
Əslində sadə görünən bu iş reallıqda ekologiyaya zidd addımdır. Bakıda onlarla məktəbdən buraxılan minlərlə şar bir müddət Bakı səmasında dövr etdikdən sonra yerə düşür.
Nəticədə plastik məmulatlarla çirklənmə yaranır.
İşin digər tərəfi: orta məktəbə ilk addımını təbiətə ziyan vuraraq atan şagird gələcəkdə təbiəti sevəcəkmi?
Bu məsələdə 6 yaşlı körpələr heç bir halda təqsirkar deyillər. Sadəcə olaraq, valideyn komitələrinin və məktəb rəhbərlərinin Şərqə məxsus lüzumsuz təmtəraq hissi (qonşudan dala qalma prinsipi) ilk baxışdan xırda görünən ekeoloji problemin miqyasının böyüməsinə səbəb olur.
Görəsən dərs ilinin açılışını bu cür təmtəraqla qeyd etməyən Avropa məktəbləri bizdən geridə qalıblar?
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










