İlk kosmik hotelin inşası 2025-ci ilə planlaşdırılır

“Orbital Assembly Corporation” (OAC) korporasiyası 2025-ci ildə aşağı Yer orbitində “Voyager” ilk kosmik hotelinin tikintisinə başlayacaq.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Hotel artıq 2027-ci ildə istismara verilə bilər. O, böyük halqa şəklində və Aydakı kimi olacaq süni cazibə yaratmaq üçün dönəcək. Hotel restoranlar, barlar, idman zalları, kinoteatrlar, spa salonlar ilə təchiz ediləcək və orada eyni zamanda 400 nəfər qalacaq.
Hələlik inşaatın dəyəri və hoteldə 1 gecəlik qalma xərci açıqlanmayıb. Lakin “Voyager”in fırlanan halqanın xaricinə bərkidilən kapsullarla təchiz ediləcəyi məlumdur. Kapsulaların bir hissəsi müxtəlif tədqiqatlar məqsədi üçün kosmik agentliklərə satılacaq.
Daxili halqa kosmik gəmilər, sərnişinlər və yüklərin boşaldılması üçün “park yeri” olacaq. Halqanın yaşayış sahəsində isə yalnız nömrələr deyil, həm də idman zalı, mətbəx, restoran, bar və ekipaj üçün yerlər olacaq. Kosmik istirahət həvəskarları özəl villa üçün 20x12 metrlik modullar ala biləcəklər, iş adamları isə orbitdə iş aparmaq üçün modullar əldə edə biləcəklər.
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










