İlon Mask “Ginnesin Rekordlar Kitabı”na düşdü

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, amerikalı milyarder İlon Mask itirdiyi şəxsi vəsaitlərinin miqdarına görə dünya rekordunu qıraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
"Mən ən azı 18-24 ay Tesla səhmləri satmayacam"
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Business Insider”in yaydığı məlumata görə, bu barədə məlumatı təşkilat yayıb.
“İlon Mask tarixdə külli miqdarda şəxsi vəsaitlərinin itirilməsi üzrə rəsmi olaraq dünya rekordunu qırıb”, - deyə məlumatda qeyd olunub.
Təşkilat “Forbes”in məlumatlarına əsaslanaraq belə bir qərar verdiyini açıqlayıb.
Qeyd olunur ki, İlon Mask 2021-ci ilin noyabrında dünyanın ən varlı şəxsi olub və sərvəti 340 milyard dollara çatıb. “Forbes” milyarderin o dövrdən etibarən təqribən 182 milyard dollar itirdiyini bildirir. Bununla belə, digər mənbələr Maskın əslində itkilərinin 200 milyard dollara çatdığını iddia edirlər.
Buna baxmayaraq, Mask dünyanın ən varlı ikinci şəxsi olaraq qalır.
İlon Maskdan əvvəl isə sözügedən rekordun sahibi “Softbank”ın təsisçisi, yaponiyalı sahibkar Masaesi Son idi. Belə ki, o, 2000-ci ildə 58,6 milyard dollar itirib.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










