İlon Mask Marsda ilk şəhərin adını nə qoyacağını açıqladı

"SpaceX" və "Tesla"nın baş direktoru İlon Mask Marsdakı ilk şəhəri "Bar" adlandıracağını açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
X sosial şəbəkəsinin istifadəçilərindən biri Marsda ilk şəhəri necə adlandıracaqları ilə bağlı yazı dərc edib. "Bar" deyə amerikalı milyarder yazıya şərh yazıb.
Daha sonra bəzi istifadəçilər qırmızı planetdəki ilk şəhər üçün öz adlarını təklif etməyə başlayıb: İlonqrad, Elonvil, Maskelon, Muskburq və ya İlonobad.
Aprel ayında İlon Mask Marsın kolonizasiyası ilə bağlı təxmini planını paylaşmışdı. Planetdə yerləşim üçün baza nəhəng "Starship 3" raketi olacaq. İş adamının sözlərinə görə, onun şirkətinə Marsa yerləşim üçün təxminən 20 il vaxt lazım olacaq - bu müddət ərzində qırmızı planetə bir milyona yaxın insan göndərilə bilər.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










