İmkanlı ruslar Avropaya bu yolla gedirlər

Vaxtilə deyirdilər ki, hər rus ömründə bir dəfə də olsa Parisi görmək arzusundadır. Lakin bu hər rusa qismət olmurdu. Müstəqil Rusiya vətəndaşları üçün bir neçə ay əvvələdək əlçatan olan Paris, Roma, Afina indi gedilməsi çətin olan şəhərlərdir.
Avtosfer.az xatırladır ki, Ukrayna münaqişəsi başlayandan Rusiyadan Avropaya təyyarə reysləri dayanıb. Bunun üçün Moskva və Peterburqda yaşayan imkanlı ruslar viza alıb üz tuturlar Finlandiyaya. Burada quru sərhədini keçən ruslar avtomobili aeroport qarajında qoyaraq təyyarə ilə başqa Avropa şəhərlərinə səyahət edirlər. Elə Helsinki aeroportunun qarajındakı Rusiya nömrəli Porsche və Mercedes də buna sübutdur.
Lakin bu da çox çəkməyəcək. 1 sentyabrdan etibarən Finlandiya da rusiyalılara turistik viza verilməsini kəskin şəkildə azaldacaq. Bundan sonra isə Avropaya getmək həyat tərzi deyil, lüks olacaq.
Vüqar Yaşaroğlu
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










