İndi yollardakı çuxurlar bu yolla təyin ediləcək

Yollarda çuxurların, dərin çala və qabarıq sahələrin olması heç kimə təəccüblü deyilı.
Avtosfer.az xəbər verir ki, Niderlandın Cyclomedia qrupu yollarda çuxurların aşkar edilməsi üçün yeni sistem hazırlayıb. Bu sistemn sayəsində nahamarlıqların yerini bir neçə santimetr xəta ilə müəyyən etmək mümkün olur. Sistem Google xəritələri və süni intellekt əsasında işləyir. Şirkətin avtomobilləri xüsusi radar və yüksək dəqiqlikli kameralarla təchiz edilib. Yolda hərəkət edən avtomobil çuxurları qeydə alaraq Google xəritələri əsasında dəqiq yerləşməni yol istismarı qurumlarına ötürür.
Artıq Avropada onadək ölkə bu xidməti sifariş edib. Bu sistemin üstünlüyü ondan ibarətdir ki, 1 sürücü və 1 avtomobilı gün ərzində yüzlərlə kilometr ərazini skanerdən keçirib məlumat toplaya bilir. Hansısa çala və ya çuxur üçün dayanıb baxmağa lüzum qalmır. Proses vatomatik şəkildə baş tutur, srücünün işi yalnız maşını müəyyən edilmiş sürətlə idarə etməkdir. Onlarla yol işçisinin və avtomobilin gündəlik istifadəsinə ehtiyac qalmır, xərc aşağı düşür.
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










