"İndiana Cons 5” filmi də dəhşətli ölümlə gündəmə gəldi: Cəsədi otel otağından tapıldı

"Rust”dan sonra daha bir filmin çəkiliş meydançasından üzücü xəbər gəlib.
Sfera.az bildirir ki, baş rolda Harrison Fordun olduğu "İndiana Cons 5” filminin montaj rejissoru Nik Kupak dünyasını dəyişib. Mərakeşin Fes şəhərində baş tutan çəkilişlərə 54 yaşlı Kupakın ölümünə görə fasilə verilib.
Məlumata görə, onun cəsədi otel otağında ölü tapılıb. Ölüm səbəbi açıqlanmayan Kupakın təbii səbəblərdən vəfat etdiyi təxmin edilib.
Nik Kupak daha əvvəl "Park”, "Disney's Cruella”, "Bridget Jones's Baby”, "X-Men” və "The Da Vinci Code” kimi filmlərin də montaj rejissoru olub.
"İndiana Cons 5” filminin 2022-ci ildə nümayişi nəzərdə tutulsa da, davamlı fasilələrə görə, 2023-cü ilə təxirə salınmışdı. Eyni zamanda baş rol ifaçısı Harrison Fordun çiynindən zədə alması da çəkilişlərin dayanması ilə nəticələnmişdi.
İki milyarda metro: 15 stansiya, 32 qatar....
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA










