İnsan bəzi hallarda avtomobili süni intellektdən daha yaxşı idarə edir

Avtonom avtomobillərin artması artıq təəccüblü qarşılanmır. Qlobal miqyasda yüzlərlə müəssisə bu məsələ ilə məşğul olur.
Avtosfer.az xəbər verir ki, avtonom sistemləri yaradanların əsas arqumetləri bunlardır: qəzaların 90%-dən çoxunda insan amili həlledicidir. İnsandan fərqli olaraq texnika yorulmur, yatmır və sərxoş olmur və s.
Lakin “Nature Communications” jurnalının apardığı araşdırma fərqli nəticəni üzə çıxarıb. İnsan faktorunun həlledici olduğu 32 minədək qəzanı araşdıran ekspertlər belə qənaətə gəliblər ki, insan bəzi hallarda daha rasional qərar qəbul edir. Məlum olub ki, alatoranda sürücü avtomobili süni intellektdən 5 dəfə daha yaxşı idarə edir. Çox vaxt avtonom idarəetmə sistemləri hansısa kölgəni maneə hesab edərək kəskin tormoz verir. Kəskin döngələrdə də rəqəmli idarəetmə maneəni görməyə bilir.
Yağışlı havada və təmir gedən yollarda sürücü texnologiyanı 2:0 hesabı ilə qabaqlayır.
Jurnalın ekspertlərin qənaətinə görə, texnologiya insana kömək etməlidir. Lakin sui-istifadə yolverilməzdir. Doğrudur, ağıllı idarəetmə sistemləri durmadan təkmilləşir. Lakin şəxsi avtomobildə marşrutu seçdikdən sonra yatmağa imkan verəcək texnologiyalar yaxın bir neçə ilə hazır olmayacaq.
Vüqar
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA








