İnsan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

Kolumbiyalı alimlərin qədim qalıqların DNT-sinin təhlili nəticəsində insanın əvvəllər elmə məlum olmayan bir nəsil xətti müəyyən olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Alimlər paytaxt Boqota yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı tapılmış qədim qalıqların tam DNT analizini həyata keçiriblər. Söhbət qədim Çekua insanları qrupundan gedir. Onlar ilk dəfə 1992-ci ildə həmin ərazidə torpaqdan çıxarılan qalıqların tapıldığı yerin adı ilə adlandırılıblar.
Kolumbiya Milli Universitetinin Genetika İnstitutunun tədqiqatçısı Andreya Kasas bildirib ki, onlar analiz nəticələrini qitənin digər ərazilərində tapıntılarla müqayisə etdikdən sonra çekuaların elmə əvvəllər məlum olmayan nəsil xəttinə malik olduğunu müəyyən ediblər.
“Biz Amerikanın digər regionlarındakı nümunələrlə müqayisə etməyə başladıqda gördük ki, burada Kundi¬boyasens yaylasında aşkar olunmuş Daş dövrünə qədərki nümunələr əvvəllər qeydə alınmamış bir nəsil xəttinə malikdir. Bu, yeni nəsildir”, – deyə o, bildirib.
Çekua tapıntısına təxminən 30 nəfərin qismən qalıqları və demək olar zədələnməmiş bir kəllə daxildir.
Alimlərin sözlərinə görə, bəlkə də bu qrup təcrid olunmuş, köçəri ovçu-yığıcı icmanı təmsil edib. Onların tanınmış varisləri yoxdur. Çekua kəlləsi Boqota ətrafındakı yaylada aşkar edilmiş digər populyasiyaların kəllələrindən nəzərəçarpacaq dərəcədə daha uzunsov olub.
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur











