İnsan öldüyü zaman həyatı film kimi gözünün önünə gəlməsi doğru imiş – ALİMLƏR TƏSDİQLƏDİ

Kanadanın Vankuver şəhərində tədqiqatçılar 87 yaşlı epilepsiya xəstəsinin ölümündən əvvəl və sonra baş verən beyin fəaliyyətini qeydə alıblar.
Avtosfer.az xəbər verir ki, araşdırma zamanı xəstə infarkt keçirərək dünyasını dəyişib və tədqiqatçılar elektroensefaloqramma (EEQ) testinin nəticələrini istifadə edərək ürəyin dayanmasından əvvəlki və sonrakı 30 saniyə ərzində beyin fəaliyyətini analiz ediblər.
Həyat "kino lenti" kimi göz önündən keçir?
Araşdırmanın nəticələri ölüm anında beyində qamma yırğalanmalarında artım olduğunu göstərir. Qamma yırğalanmaları yaddaşın bərpası və yuxu ilə əlaqəli dalğalar olaraq bilinir. Bu dalğaların aktivliyi ölüm anında şəxsin keçmiş təcrübələrini yenidən yaşaya biləcəyinə dair ehtimalları artırır.

Tədqiqatçılar bildirib ki, beyin yaddaşın bərpası ilə əlaqəli salınımlar yaradaraq ölümdən əvvəl mühüm həyat hadisələrinin bir daha xatırlanmasını təmin edə bilər.
Bu tədqiqat ölüm anlayışı haqqında mövcud biliklərimizi yenidən nəzərdən keçirməyi və orqan donorluğu ilə bağlı yeni sualları ortaya qoyur.
Siçanlar üzərində də bənzər müşahidələr aparılıb. Araşdırmada oxşar beyin dalğası dəyişikliklərinin siçanlarda ölüm zamanı da baş verdiyi təsdiqlənib. Lakin bu hadisə insanlarda ilk dəfə qeydə alınıb. Tədqiqatçılar vurğulayıblar ki, bu nəticələr yalnız bir hadisə əsasında əldə olunub və xəstənin epilepsiya diaqnozu səbəbindən beyninin əvvəlcədən zədələnmiş olması nəzərə alınmalıdır.
Mütəxəsisslər vurğulayır ki, daha dəqiq nəticələr əldə edə bilmək üçün əlavə araşdırmalara ehtiyac var. Alimlər bu hadisənin bütün insanlarda baş verib-vermədiyini dəqiqləşdirmək üçün daha geniş tədqiqatların mütləq olduğunu bildirirlər.
Bu araşdırma bizə sevdiklərimizin həyatlarının ən gözəl xatirələrini yenidən yaşayaraq dünyanı tərk edə biləcəyimizi öyrədir.
Araşdırma nəticələri "Frontiers in Aging Neuroscience" jurnalında dərc olunub.
Eltac Zülfüqaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










