İnsana 3 D ilə yeni üz çap edildi - Tibdə ilk - FOTO

Keçirdiyi xərçəng xəstəliyindən sonra həkimlərin səyiylə sağalmış pasiyent 54 yaşlı Karlito Konsesayo dünyada 3D-çapın köməyi ilə üz protezi hazırlanan ilk insandır.
Milli.Az bildirir ki, mütəxəssislər xəstənin üzünün şəklini çəkmiş və smartfon proqramından istifadə edərək əməliyyatdan sonra onun yanağındakı şişin kəsilməsi səbəbindən yaranan çatışmayan hissəni bərpa etmişlər.
Tədqiqatçılar ümid edirlər ki, bu texnologiya dünyanın tibbi xidmətləri aşağı səviyyədə olan ucqar yerlərində yaşayan pasiyentlərə çox kömək olacaq.
Hələ 2008-ci ildə Karlito Konsesayoya ağız boşluğunda inkişaf edən xərçəng xəstəliyinin ən ağır forması olan yuxarı çənə karsinoması diaqnozu qoyulmuşdu. Xərçəng sürətlə yayılaraq üzün sağ tərəfindəki toxumaları məhv etmiş və boğazı zədələmişdir. Lakin həkimlərin köməyilə xəstəlik onun beyninə çatmadan dayandırılmış, bu zaman adamın üzündə böyük bir boşluq əmələ gəlmişdir. Bundan başqa pasiyent sağ göz yuvası və burnunun bir hissəsini itirmiş, bu da xəstənin depressiyaya düşməsinə səbəb olmuşdur.
"İlk protezim olduqca kövrək idi və tez-tez düşürdü. Mən dəhşətli görünür və özümü tamamilə eybəcər hiss edirdim", - deyə Konsesayo bildirib.
Lakin 2016-cı ilin fevral ayında ona üzünün çatışmayan hissəsini smartfondan istifadə edərək 3D-çapı ilə bərpa etmək təklif olunub. Cilalanmış yeni əl protezi Konsesayoya əvvəlki yaşamaq həvəsini qaytarıb. /medicina.az
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar











