İnsanlar hansı mahnının sədaları altında ölməyi üstün tuturlar?

İnsanların ölüm yatağında və ya dəfn mərasimində eşitmək istədikləri ən çox tələb olunan mahnı Frank Sinatranın “My Way” mahnısıdır.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bu qənaətə Marie Curie xeyriyyə təşkilatı keçirdiyi sorğunun nəticələrinə əsasən gəlib.
Sinatranın hitindən sonra Uitni Hyustonun “I Will Always Love You” və Tina Ternerin “Simply The Best” mahnıları gəlir.
Hazırda ilk 10-luğa daxil olan digər mahnılar arasında Sindi Loperin “Girls Just Wanna Have Fun” pop mahnısı və Lui Armstronqun “What a Wonderful World” mahnıları var.
Belfast Kraliça Universitetinin musiqi terapiyası üzrə eksperti və fəxri baş elmi işçisi doktor Treysi Makkonnell deyib:
“Ölümcül xəstə olmaq, ağrı və ölüm qorxusu, hətta yaxın ailə və dostlar yaxınlıqda olduqda belə, gücsüzlük və təcrid hisslərinə səbəb ola bilər”.
“Musiqi insanların səhhətindən və ya emosional vəziyyətindən asılı olmayaraq hisslərini ifadə etməyə və daha yaxşı hiss etməyə kömək edə bilər”, – o əlavə edib.
Ölən insanların həyatlarının son dəqiqələrində dinlədikləri 10 mahnını təqdim edirik.
Mənim yolum – Frenk Sinatra
Mən səni həmişə sevəcəyəm – Uitni Hyuston
(Sadəcə) Ən yaxşı – Tina Terner
Göy qurşağının üstündə – Cudi Qarlend
Qızlar sadəcə əylənmək istəyir – Sindi Lauper
Mələklər – Robbi Uilyams
Nə gözəl dünya – Lui Armstronq
Gözəl – Kristina Aqulera
Ey, Cud – “Bitlz” qrupu
Bunlar həyatımızın günləridir – Queen
İştirakçıların, mərhumun dostları və ailə üzvlərinin təxminən 84 faizi musiqinin onların sevdiklərini son anlarında rahatlaşdırdığına və sakitləşdirdiyinə inanır. Təxminən 61 faiz musiqinin narahatlıq və emosional stressi aradan qaldırmağa kömək etdiyini söyləyib.
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi











