İnsanların ömrü qısalmaqda davam edir – ARAŞDIRMA

Yeni elmi araşdırmaya görə, 1939-cu ildən sonra doğulanların orta hesabla 100 yaşa qədər yaşaması az ehtimal olunur. Avtosfer.az “Independent”ə istinadla xəbər verir ki, “PNAS” jurnalında dərc olunan araşdırma ilə bağlı yüksək gəlirli və ölüm göstəriciləri aşağı olan 23 ölkənin uzunömürlülük statistikası təhlil edilib. Tədqiqatçılar “Human Mortality Database” məlumatlarından və altı fərqli ölüm proqnozlaşdırma metodundan istifadə edərək müəyyənləşdiriblər ki, ötən əsrin əvvəlində əldə olunan uzunömürlülük artımı son onilliklərdə xeyli zəifləyib. Amerika Birləşmiş Ştatlarının Viskonsin Medison Universitetindən olan tədqiqatın həmmüəllifi Hektor Pifarrei Arolas bildirib ki, XX əsrin ilk yarısında əldə edilən misilsiz ömür uzunluğu artımı yaxın gələcəkdə təkrarlanması çətin olan bir məsələdir. O, əlavə edib ki, insanın ömrünü nəzərəçarpacaq dərəcədə uzadan irəliləyişlər əldə olunmadığı halda, hətta yetkin yaşda sağqalma tempi iki dəfə artsa belə, ömür uzunluğu əvvəlki sürətlə davam etməyəcək. Məlumata görə, 1900-1938-ci illərdə hər yeni nəsildə ömür uzunluğu orta hesabla 5,5 ay artırdı. 1900-cü ildə yüksək gəlirli ölkələrdə doğulan bir insanın orta ömrü 62 il olduğu halda, cəmi 38 il sonra, 1938-ci ildə bu göstərici artıq 80 ilə çatmışdı.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










