İntizamsız pilotun Kürdəmirdə başa çatan həyat hekayəsi

İntizamsız sürücü kimi intizamsız pilotlar da hər dövrdə olub. İndi texniki imkanlar dəyişdiyi üçün pilotlara daha ciddi nəzarət mümkündür 50-60 il əvvəl belə deyildi.
Avtosfer.az intizamsız pilotla bağlı hadisənin təfərrüatlarını təqdim edir.
İsti bir avqust səhərində 109-cu aviadəstənin pilotu və aviatexnik Po-2A təyyarəsi ilə Kürdəmirdə pambıq sahəsini dərmanlamaq üçün yola düşürlər (çıxış aeroportu naməlumdur). Təlimata görə, pilot Qarasaqqal kəndindəki aerodroma enməli, pambıq sahələrinə yerüstü baxış keçirməli, ərazini öyrəndikdən sonra işə başlamalı idi.
Bunların heç birini etməyən pilot 200 metr yüksəklikdə sahələrin üzəri ilə uçduqdan sonra dərman çiləmək üçün təyyarəni 15 metrədək endirir. Bu yüksəklikdə 45 dərəcə bucaq altında (icazə verilməyən hədd) dönərkən təyyarənin sürəti kəskin azlaraq yerə çırpılır. Alışan təyyarədən aviatexnik yaralı halda çıxa bilsə də, pilot xilas ola bilmir.
Bir qədər də pilot barədə:
Saratov vilayətindəki Krasnokutsk Aviasiya Məktəbini bitirən pilot 8 illik iş təcrübəsi vaxtı sistematik olaraq uçuş qaydalarını pozub. Bu səbəbdən 1956-cı ildə 3 ay müddətinə uçuşdan kənarlaşdırılıb. İşə bərpa olunduqdan sonra da vərdişindən əl çəkməyən pilotun xidmət yerini... Azərbaycana dəyişiblər.
Lent.az
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










