İqlim dəyişikliyi olmasaydı Yer 11 min il sonra yeni buz dövrünə daxil olacaqdı - ARAŞDRMA

Yerin orbitində və əyilməsində baş verən təbii dəyişikliklər son 800 min il ərzində səkkiz böyük buz dövrünün başlanğıcını və sonunu müəyyən edib.
Avtosfer.az “The Live Science” saytına istinadla xəbər verir ki, bu barədə Britaniyanın Kardiff Universitetinin professoru Stiven Barker və onun həmkarlarının apardığı araşdırmada deyilir. Bildirilib ki, iqlim dəyişikliyi olmasaydı, növbəti buz dövrü 11 min il sonra başlaya bilərdi.
Bu tədqiqat Milutin Milankoviçin 1920-ci illərdə irəli sürdüyü nəzəriyyəyə əsaslanır. O göstərmişdi ki, Yerin oxunun əyilməsi və orbitinin forması buz dövrlərinin yaranmasında əsas rol oynayır. Alimlər bu faktorların təsirini müəyyənləşdirmək üçün okean dibindəki çöküntülərdən və onların içərisindəki mikroskopik orqanizmlərdən alınan məlumatlardan istifadə ediblər. Tədqiqatçılar müəyyənləşdiriblər ki, buz təbəqələrinin ekvatora doğru genişlənməsi Yerin əyilmə bucağı ilə, qütblərə geri çəkilməsi isə daha çox presessiya ilə bağlıdır. Əgər təbii dövrlər davam etsəydi, növbəti buzlaşma təxminən 10 min ildən sonra başlayacaq, 80 min - 90 min il ərzində maksimuma çatacaq və daha sonra 10 min il ərzində geri çəkiləcəkdi. Lakin alimlər xəbərdarlıq edirlər ki, antropogen iqlim dəyişikliyi bu prosesi dəyişdirə bilər. Karbon qazı (CO₂) səviyyəsinin yüksək qalması yeni buz dövrünün qarşısını ala bilər. S.Barkerin sözlərinə görə, bu araşdırma planetin təbii iqlim dövrlərini anlamağa və insan fəaliyyətinin uzunmüddətli təsirini qiymətləndirməyə kömək edir.
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları









