İqtisadçı: Çin taksilərinə kütləvi keçid bahalaşmaya səbəb olacaq

“Rusiyada taksi parklarının Çin istehsalı olan avtomobillərə kütləvi keçidi yaxın gələcəkdə qiymət artımını qaçınılmaz edir. Çünki bu maşınlar tez xarab olur. Təmir isə böyük vaxt və məsrəf tələb edir”.
Avtosfer.az xəbər verir ki, bu fikri Rusiya iqtisadiyyat Universitetinin dosenti Maksim Maksimov səsləndirib.
Alim qeyd edib ki, taksilərin gündəlik istismar yükü ailə avtomobili ilə müqayisədə daha ağırdır. Üstəgəl, şirkətlər qənaət məqsədi ilə ən ucuz modelləri seçir. Buna görə də, taksilərin təmirsiz istismar müddəti aşağı düşür.
“Bunun üzərinə texniki qulluq və məsrəf materiallarının dəyişdirilməsinə biganəliyi də əlavə etsək, əminliklə deyə bilərik ki, Çin maşınlarının taksidə istisma müddəti Avropa və Yaponiya avtomobillərindən 40 faizədək aşağı olacaq” – deyə Maksim Maksimov vurğulayıb.
Vüqar
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları








