İran xarici uçuşlara məhdudiyyət tətbiq edib?

"Təxminən 34 xarici aviaşirkət, o cümlədən bir neçə Avropa şirkəti, İrana uçuşlarını davam etdirir".
Avtosfer.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanının direktoru Səid Çalandari məlumat verib.
"Hazırda "Lufthansa", "Austrian Airlines", "Qatar Airways" və "Emirates" də daxil olmaqla təxminən 34 xarici aviaşirkət bu hava limanına uçuşlar həyata keçirir. Xarici uçuşlarla bağlı heç bir məhdudiyyət yoxdur", - deyə o bildirib.
Çalandarinin sözlərinə görə, İran Mülki Aviasiya Təşkilatı müvafiq icazə verdiyi təqdirdə, İmam Xomeyni adına Beynəlxalq Hava Limanı istənilən xarici aviaşirkətin təyyarələrini qəbul etməyə hazırdır.
Qeyd edək ki, 23 fevralda "Lufthansa"nın mətbuat xidməti şirkətin daxil olduğu "Lufthansa Group"un Tehran reyslərini 28 fevrala qədər dayandırdığını açıqlamışdı.
Xatırladaq ki, ötən ilin oktyabrında Avropa İttifaqı İranın milli aviadaşıyıcısı "Iran Air", ən böyük özəl aviaşirkəti "Mahan Air" və ordunun Hərbi Hava Qüvvələrinə məxsus "Saha Airlines"ə Rusiyaya raket və PUA tədarükü ittihamı ilə sanksiya tətbiq etmişdi.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










