İrkutskda evsiz kişi isinmək üçün avtomobil oğurladı

Rusiyanın İrkutsk şəhərində evsiz kişi soyuq havada isinmək üçün avtomobil oğurladığına görə saxlanılıb.
Avtosfer.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə İrkutsk vilayətinin polisindən bildiriblər.
Bu yaxınlarda 26 yaşlı qadın "Toyota Passo" markalı avtomobilinin itməsi ilə bağlı polisə müraciət edib. Onun sözlərinə görə ki, evinin yaxınlığında maşını mühərriki işlək və qapıları açıq vəziyyətdə qoyub, bir neçə dəqiqədən sonra geri qayıdanda avtomobil artıq orada olmayıb.
Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış avtomobili tapıb və şübhəlinin yaxınlıqdakı skamyada yatdığını aşkar ediblər. Onun əvvəllər məhkum olunmuş 46 yaşlı, daimi yaşayış yeri olmayan kişi olduğu üzə çıxıb.
Avtomobilin kuzovundakı zədələrə əsasən oğru qəza törətməyə macal tapıb. Evsiz kişi etiraf edib ki, dayanacaqda mühərriki işlək olan avtomobili görərək isinmək qərarına gəlib və daha sonra onu qaçırıb. Lakin çox uzağa gedə bilməyib və ən yaxın skamyada yuxuya gedib. Hadisə ilə bağlı cinayət işi açılıb, saxlanılan şəxs həbs edilib.(oxu.az)
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları









