İş adamı uşaqlarını məktəbə 100 kilometrə 50 litr benzin sərf edən avtomobillə aparırmış - FOTO

Bruney sulatının avtomobil həvəsi çoxlarına məlumdur.
Avtosfer.az xəbər verir ki, bəzi mənbələr hökmdarın qarajında 7 minədək avtomobil olduğunu iddia edir. Lakin dəqiq sayı heç sultanın özü də bilmir.
Bu günlərdə sultana məxsus olmuş unikan Lamborghini LM002 satışa çıxarılıb.
Bir haşiyə:
1977-ci ildə ABŞ ordusu yüksək keçidli avtomobillə bağlı tender elan edir və İtaliya şirkəti də bu tenderdə öz maşınını təqdim edir. Lakin son nəticədə məşhur Humvee qalib gəlir. Zavod rəhbərliyi ruhdan düşsə də, həvəskarlar bu avtomobilin mülki versiyasını hazırlayırlar.
Mülki versiya 1982-ci ildə Cenevrə avtosalonunda təqdim edilir. 1986-cı ildə isə maşın V12 benzin mühərriklə təchiz edilir. Bu mühərriklə yanacaq sərfiyyatı 30-50 litr arasında dəyişir. Avtomobil kiçik partiyalarla bir neçə il istehsal edilir.
Bruney sultanı da məhz bu modeli alır. Lakin sultan maşını 2000 km sürdükdən sonra onu Volkswagen şirkətinin o vaxtkı rəhbərinə satır. Maşının ikinci sahibi də bir neçə ay sonra maşını isveçli iş adamına satır. Sonuncu şəxs bu avtomobili – nə qədər qəribə görünsə də - uşaqlarını məktəbə aparıb-gətirmək üçün almışdı.
Hazırda davam edən onlayn hərracda maşına ən son 80 min dollar təklif edilib. Halbuki, avtomobilin sahibi ötən ay şinlərin dəyişdiriməsinə 50 min dollardan çox pul xərcləyib.
QEYD: Avtomobildə İtaliya dizayn elementləri hiss olunur. Arxa stop işıqları hamımıza məlum olan VAZ-2107 ilə eynidir. Yanacaq çəninin qapağının dizaynı isə VAZ-2101-dən fərqlənmir. Hər 2 modelin mənşəyi bütün azərbaycanlı oxuculara məlumdur.
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi












