İş yerində hansı musiqiyə qulaq asmaq faydalıdır? - Alimlər açıqladı

Müəyyən musiqi janrları iş qabiliyyətini artırır və yaradıcılığa töhfə verir. Alimlər bildirirlər ki, musiqi təkcə emosional vəziyyətə deyil, həm də zehni fəaliyyətə və məhsuldarlığa müsbət təsir göstərir.
Avtosfer.az "Qayanrinfo"ya istinadən məlumatına görə, neyrobioloq Daniel Levitinin 30 min nəfərin iştirakı ilə keçirdiyi tədqiqat göstərib ki, evdə musiqi dinləyən insanlar 11 faiz daha xoşbəxt, 24 faiz isə daha az əsəbi olurlar.
Məhsuldarlıq üçün musiqi
Alimlərin tövsiyəsi sadədir: məhsuldarlığı artırmaq üçün sevdiyiniz musiqini dinləyin. Tədqiqatlar göstərir ki, ofislərdə işçilərin zövqünə uyğun olmayan musiqi səsləndikdə, onlar daha zəif işləyir və mənəvi yorğunluq hiss edirlər.
Yaradıcılıq üçün musiqi
Psixoloq Emma Qrey yaradıcılıq üçün ən uyğun musiqi tempinin 50-80 döyüntü/dəqiqə arasında olduğunu bildirib. Bu cür musiqi beyin üçün alfa vəziyyətini yaradır - insan sakit, lakin diqqətli olur, təsəvvür gücü artır və konsentrasiya yüksəlir. Bu kateqoriyaya "Gangsta's Paradise" (Coolio) və "Firework" (Katy Perry) kimi mahnılar daxildir.
Əhval üçün musiqi
Musiqinin insanın psixi sağlamlığına təsirini analiz edən niderlandlı nevroloq Yakob Yolyə görə, xoşbəxtlik hissi yaradan musiqilər əsasən sürətli (140–150 döyüntü/dəqiqə), majorda bəstələnmiş və ya sevinc dolu hadisələrdən bəhs edən mahnılardır. Məlum olub ki, bu cür musiqilər dinləyicilərdə müsbət emosiyalar doğurur.
Zehni fəaliyyət üçün musiqi
Əgər mürəkkəb bir mövzunu öyrənməyə çalışırsınızsa, tədqiqatlar göstərir ki, ən yaxşı seçim səssizlikdir. Musiqi, xüsusilə sözlü olanlar, diqqəti yayındırır. Guardian qəzetinə əsasən, sakit mühitdə hazırlıq görən tələbələr musiqi fonunda çalışan həmyaşıdlarına nisbətən imtahanda 60 faiz daha yaxşı nəticə göstəriblər. Əgər mütləq fona musiqi ehtiyacı hiss edirsinizsə, sözsüz instrumental musiqi seçmək tövsiyə olunur.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










