İstanbulda hərəkət: kimə tıxac, kimə komfort - FOTO

Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi istimqamətlərindən biri, bəlkə də birincisi İstanbuldur. Dil amili, əlçatanlıq və digər faktorlara görə azərbaycanlılar bu şəhərə axın edirlər.
İstanbula ilk dəfə yaraq basanların qarşılaşdıqları fenomen tıxaclardır. Əvvəlki Atatürk aeroportundan istifadə edərkən bu fenomen çox da ciddi deyildi. Metro (M1 xətti) ilə şəhərin mərkəzinə 40-45 dəqiqəyə çatmaq mümkün olurdu.
Yeni aeroporta (İstanbul Hava Limanı) isə taksi və ya şəxsi avtomobillə gedib gəlmək sözün həqiqi mənasında məşəqqətdir. Sutkanın istənilən saatında yolda intensivlik var. Avropanın ən çox təyyarə qəbul edən aeroportu istiqamətində belə sıxlıq tam təbiidir. İndi aeroporta M11 metro xətti xidmət edir və xəttin genişləndirilməsi davam edir.
Şəhərin içində isə, xüsusən də Avropa hissəsində intensivlik bütün Avropa ölkələrindən daha çoxdur. Kilometrlərlə uzanan tıxaclar heç kimə təəccüblü gəlmir. Tıxac istanbulluların gündəlik həyat normasına çevrilib. Amma...
Əhalinin müəyyən qismi üçün bu tıxaclar ciddi narahatlıq doğurmur. Söhbət tramvay, metrobus, metro və Marmaray (şəhərdaxili dəmir yolu xətti) istifadəçilərindən gedir. Bir qədər əvvələ qayıdaq.
2006-cı ildə metrobus xətləri tikilməyə başlayanda şəhər sakinləri etiraz etdilər: yolların metrobusa ayrılması şəhərin onsuz da yaxşı olmayan vəziyyətini daha da pisləşdirəcək. Eyni narazılıq metro və tramvay xətləri genişləndiriləndə də baş qaldırmışdı. Lakin bir-birini əvəz edən bələdiyyələr bu etirazlara məhəl qoymadı və nəticə də bəllidir.
İş yeri və evi metro, tramvay və metrobus üzərində olanlar üçün nəqliyyat tıxacı anlayışı yoxdur. Doğrudur, hər 3 ictimai nəqliyyat vasitəsində sıxlıq olur. Lakin sözügedən nəqliyyat vasitələrindən istifadə edənlər istədikləri yerə rahatlıqla gedə bilirlər.
Marmarayın istismara verilməsi ilə Avropa tərəfdən Asiyaya və əksinə keçidlər də asanlaşdı. Hər 2 yöndə əsrlərdir bərələr sərnişin daşımağa davam edir. Lakin gəmidən fərqli olaraq Marmaray iqlim şərtlərindən, boğazdan hansısa böyük gəminin keçidindən asılı deyil. Üstəgəl, sürət daha böyükdür.
Yuxarıda qeyd etdiyimiz məqamlarla yanaşı, Türkiyənin ən çox əhalisi olan şəhərində hərəkətin çətinlikləri də çoxdur. Avtobus və taksi ilə uzaq məsafəyə hərəkət çox vaxt aparır. Bu nəqliyyat növləri tıxacdan sığortalanmayıb. Eynilə fərdi avtomobillər kimi.
Yekun olaraq deyə bilərik ki, taksi və avtobus istisna olmaqla İstanbulda digər ictimai nəqliyyat növləri tıxacsız və kifayət qədər dəqiq hərəkət edə bilir. Müəyyən mənada İstanbulun ictimai nəqliyyat təcrübəsindən yararlanmaq mümkündür.
Vüqar Yaşaroğlu
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi


















