İsveç Çin elektromobillərinə əlavə vergi tətbiq etmədi
Maraqlı
24 İyul 2024 18:00
Oxunub 518
İsveç hökuməti Çin elektromobillərinə əlavə vergi tətbiqinə qarşı çıxıb.
Avtosfer.az xəbər verir ki, məqsəd Volvo və Polestar modellərini qorumaqdır. Hər 2 marka hazırda Çinin Geely şirkətinə məxsusdur. Sözügenən brendlərin əksər modelləri Çində yığılaraq Avropaya ixrac edilir.
“İsveç açıq bazarın tərəfdarıdır. Cərimə xaraktyerli gömrük tarifləri bizim kimi ticarətdən asılı ölkəyə yalnız ziyan gətirə bilər” – deyə ticarət naziri Yuhan Forsel bildirib.
Vüqar Yaşaroğlu
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR