Banner

İsveçdə sürücülük imtahanı belə olur - VİDEO

Maraqlı 10 Oktyabr 2025 16:41 Oxunub 296
İsveçdə sürücülük imtahanı belə olur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsveç yol şəraitinin ağır olduğu ölkələrdən biridir. Söhbət yolların pis çəkilməsindən və ya sıxlıqdan deyil, hava şəraitindən gedir. 

Avtosfer.az xəbər verir ki, ölkədə qış sərt keçdiyi üçün yolların qar və buzla örtülməsi adi haldır. Lakin əlverişsiz havaya rəğmən ölkədə ölümlə nəticələnən qəzaların da sayı azdır. Səbəblərdən biri də sürücü hazırlığının keyfiyyətidir. 

Sürücülük imtahanı zamanı mövsümdən asılı olmayaraq namizədlər avtomobilin buzlu yolda idarə olunmasından imtahan verirlər. Süni yaradılmış sürüşkən sahə buzu imitasiya edir. Sürücü quru yoldan buzlu yola qəflətən çıxmalı və sükana hakim olmağı bacarmalıdır. Əks halda, imtahandan keçə bilməyəcək.  

Sürücülük hazırlığına qoyulan sərt tələblər görə İsveç yollarında qəzaların az olmasının səbəblərindən biridir.

İsveç yollarının vəziyyəti ilə bağlı daha ətraflı məlumat bu linkdə: 
https://avtosfer.az/az/maraqli/yol-hereketi-tehlukesizliyinin-i%CC%87svec-modeli-ve-ya-hekimin-yaratdigi-sistem-foto-255354

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh