İsveçrəni və Belçikanı belə “qabaqladıq”

Yol polisinin statistikası bu dəfə də ürəkağrıdan idi. Cari ilin 10 ayı ərzində yol qəzalarında 601 nəfər həyatını itirib. Müsbət məqam budur ki, ölüm halları azalmaq üzrə gedir. Bəs bu göstərici 10 milyon nəfər əhalisi, təxminən 1,5 milyon nəqliyyat vasitəsi olan ölkə üçün çoxdur, yoxsa az?
Avtosfer.az xəbər verir ki, 9,1 milyon əhalisi olan İsveçrədə 6,4 milyon avtomobil, 12 milyon əhalisi olan Belçikada 6,1 milyon motorlu nəqliyyat vasitəsi var. Hər 2 ölkənin ərazisi Azərbaycandan yarıbayarı azdır. Statistikadan da görünür ki, bu ölkələrin yollarında intensivlik çoxdur. Siyahıya hər gün qonşu ölkələrdən nəzarətsiz qaydada (Şengen zonası ölkələri) gələn on minlərlə avtomobili nəzərə alsaq, onda nəqliyyat sıxlığını təsəvvür etmək çox da çətin olmaz.
Lakin bunların fonunda sözügedən ölkələrdə yol qəzalarında ölüm sayı bizdən dəfələrlə azdır. 2023-cü ildə baş verən yol qəzalarında İsveçrədə 236, Belçikada 501 nəfər həlak olub. Nəzərə alaq ki, Belçika əsasən düzənlik olsa da, İsveçrə ərazisinin yarıdan çoxunu dağlar təşkil edir. İlin böyük hissəsi meteoroloji şərait maşın sürmək üçün əlverişli deyil. Dekabrdan aprelədək yolların çoxu qar və buzla örtülü olur. Bununla belə, qəzalar azalır.
Lakin hər 2 ölkə ilə bizi birləşdirən “dəyərlər” də var. Aramızda təxminən 5 min km məsafə olsa da, dil, din və mədəniyyət oxşarlığımız olmasa da, İsveçrə və Belçikada da ölümlə nəticələnən qəzaların başlıca səbəbi sürət rejiminin düzgün seçilməməsi olub. Digər səbəblər də bizdən çox da fərqlənmir.
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










