İtkin düşən dünyaca məşhur milyarderin yeri məlum oldu - FOTO
Maraqlı
30 Noyabr 2022 23:40

Dünyaca məşhur milyarder, “Alibaba Group”un qurucusu Cek Manın yeri məlum olub. Çin Kommunist Partiyası ilə mübahisə etdikdən sonra yoxa çıxan Ma-nın hətta ölə biləcəyi də şayiələr arasında idi.
Avtosfer.az-ın xarici mediaya istinadən məlumatına görə, Ma iki il əvvəl Çin Kommunist Partiyası və onun lideri Si Cinpinlə fikir ayrılığı səbəbindən ölkəni tərk etməli olub.
O, Çinin maliyyə tənzimləmə sistemini tənqid edən çıxışından sonra 2020-ci ilin oktyabrından bəri görünmürdü.
“Financial Times” qəzeti Ma-nın yeri ilə bağlı məlumat paylaşıb.
Milyarderin son görüldüyü yerlərdən biri bu ilin iyul ayında Hollandiyanın “Wageningen” Universitetində onlayn tədbir olub.
Cek Ma təxminən altı aya yaxındır ki, Tokioda yaşayır. Ma-nın Tokioda daha adi bir həyat sürdüyü və daha çox bir neçə klubda ictimailəşdiyi bildirilib. O, ailəsi ilə birlikdə Yaponiyada vaxtını kənd və xizək kurortlarında keçirir.

Oxunub : 1980
DİGƏR XƏBƏRLƏR
26 Mart 2026 20:38
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
25 Mart 2026 16:00
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
24 Mart 2026 19:00
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
23 Mart 2026 23:59
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
23 Mart 2026 20:00
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
20 Mart 2026 17:33
Çində artıq skuterlərə də lidar quraşdırılır
19 Mart 2026 17:41
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
17 Mart 2026 15:41
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
17 Mart 2026 14:48
600 manata görə təyyarəyə həbs qoyuldu
13 Mart 2026 14:00
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
12 Mart 2026 15:18
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
12 Mart 2026 15:00
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO
ŞƏRH YAZ










