İSB: "Avtomobillərin icbari sığortası haqqının hesablanmasında risk əsaslı yanaşma ortaya qoyulub"

Azərbaycanda yenilənmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nda sığorta haqlarının hesablanmasında risk əsaslı yanaşma ortaya qoyulub".
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib. ə
"Risk yüksəkdirsə, bu halda sığorta haqqı yüksəkdir, risk azdırsa, sığorta haqqı azdır. Demək olmaz ki, sığorta haqlarında artım nəzərdə tutulub. Baza sığorta haqları olduğu kimi qalıb. Əvvəllər də bonus-malus əmsalı var idi, yəni sığorta haqlarını artmasına və yaxud azalmasına əsaa etibarilə bonus-malus səbəb olurdu. Minik avtonəqliyyat vasitələrində onun mühərrik həcmi, yük avtonəqliyyat vasitələrində yük götürmə qabiliyyəti, sərnişin daşıyan nəqliyyat vasitələrində yerlərin sayı əhəmiyyət kəsb edirdi. İndi daha fərqli risklər də sığorta haqlarının hesablanmasında nəzərə alınacaq. Bunlar nəqliyuat vasitəsinin idarə edildiyi məkanlar, şəhər və rayonlarımız, nəqliyyat vasitəsini udarə edən şəxlərin yaşları, sürücülük təcrübələri, hüquqi şəxslərin sahibi olduğu nəqliyyat vasitələri və fiziki şəxslərin istifadəsində olan nəqliyyat vasitələri, eyni zamanda nəqliyyat vasitəsini sürmə səlahiyyəti olan şəxslərin də sayları haqların hesablanmasında önəm kəsb edəcək. Bu, sığortaçı yanaşmasıdır. Risk əsaslı dəyərləndirmənin həyata keçirilməsi anlamındadır. Risk yüksəlirsə, sığorta haqları daha yüksək olmalıdır", - deyə o, qeyd edib.
"Bonus-malus əmsalının hesablanması ilə əlaqədar da müəyyən dəyişikliklər var. Artıq bonus-malusun hesablanması real vaxt rejimində həyata keçiriləcək. Əvvəllər hər il 15 yanvar tarixində köhnə ildə baş verən hadisələrin statisikası əsasında hesablanırdısa, artıq banus-malus əmsalı real vaxt rejimində hesablanacaq. Yəni dünən hadisə baş veribsə və sabah sığorta şəhadətnaməsi sistemdə generasiya ediləcəksə, bu halda sığorta haqqının hesablanmasında baş verən hadisə nəzərə alınacaq. Eyni zamanda hadisəniz baş verməyibsə, bu da real vaxt rejimində daha az sığorta haqqı ödəməyinizə səbəb olacaq. Bu, risk əsaslı sığorta haqqı hesablanması yanaşmasıdır. Bununla daha az yol-nəqliyyat hadisəsi törədən sürücülər mükafatlandırılacaq. Tez-tez hadisə törədən vətəndaşlar isə malus əmsalı ilə daha yüksək sığorta haqqı ödəməli olacaqlar.
İSB-nin burdakı rolu əvvəlki kimi yenə də var. Azərbaycanda avtosığortaya ilə bağlı sığorta şəhadətnamələrimin tərtib edilməsi yalnız elektron qaydada olur. Nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin olub-olmaması da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən elektron qaydada İSB ilə olan inteqrasiya sayəsində yoxlanılır. Əvvəllər minik avtomobillərində yalnız nəqliyyat vasitəsinin mühərrik həcmi ilə əlaqədar məlumat alınaraq sığorta şəhadətnaməsi generasiya edilirdisə indi digər informasiyalar da DİN-dən alınacaq. Sürücünün yaşı, sürücülük təcrübəsi, onun idarə etdiyi nəqliyyqt vasitəsini qeydiyyatda olduğu ünvanla əlaqədar məlumatlar alınacaq və bu məlumatların hamısı sığorta haqlarının hesablanmasında önəm kəsb edəcək", - deyə R.Əhmədov əlavə edib.
Bundan başqa, o, deyib ki, hazzırda avronəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında üçüncü şəxslərə dəyən zərər sığorta edən şirkət tərəfindən ödənilir: "Yalnız sizin nəqliyyat vasitənizə fərqli nəqliyyat vasitəsi zərər vurubsa, sizin nəqliyyat vasitənizə zərər vuran şəxsin sığorta şirkəti sığorta ödənişini həyata keçirməyə məcburdur. Lakin zərərlərin birbaşa tənzimlənməsi ilə əlaqədar yeni qaydalar artıq təsdiq olunub və 1 noyabrdan sonra Azərbaycanda hansı sığorta şirkətində avronəqliyyat vasitənizi sığortalamısınızsa başqa nəqliyhat vasitəsi sizin nəqliyyat vasitənizə zərər vurduğu təqdirdə sizin sığorta şirkətiniz sizin ödənişinizi həyata keçirəcək və daha sonra zərər vuran sığorta şirkətindən sizə ödədiyi vəsaiti alacaq. Bu krilinq mexanizminin həyata keçirilməsi, yəni borcların qarşılaşdırılaraq sıfırlanması mexanizminin də həyata keçirilməsi İSB-nin informasiya sistemində aparılacaq".(Report)
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










