Jurnalist 12 təyyarəni "bombaladı"

İsraildə jurnalist cəsarətli eksperiment həyata keçirib. Avtosfer.az ans press-ə istinadən xəbər verir ki, Dhava limanındakı təhlükəsizliyi yoxlamaq üçün David Süleyman 12 təyyarənin göyərtəsinə "bomba" keçirib. Bu eksprementi həyata keçirmək üçün o, bir müddət əvvəl Təl-Əviv aeroportunda süpürgəçi kimi fəaliyyətə başlayıb. Süleyman 2015-ci il oktyabr ayında Misirdən Rusiyaya uçan, Sinay yarımadasında partladılmış "A321" təyyarəsinin terrorçularının hərəkətlərini faktiki olaraq təkrarlayıb. Jurnalist öz vəzifəsini maksimum çətinləşdirməyə qərar verib. O, hava limanında oranın əməkdaşı olduğunu təsdiqlətmək üçün dostu Yaniv Tamirə aid şəxsiyyət vəsiqəsindən istifadə edib. Sənədlər yerli təhlükəsizlik xidmətində heç bir şühbə yaratmayıb və o, bütün yoxlamalardan uğurla keçib.
Bundan sonra KİV nümayəndəsi iki gün hava limanının bütün ərazisində, hətta, qapalı zonalarında belə maneəsiz gəzə bilib. Süleymanın sənədlərinin həqiqi olmadığı yalnız üçüncü gün üzə çıxıb ki, o vaxtadək jurnalist artıq 12 təyyarəyə "bomba" keçirə bilib. Öz "terror aktını" Süleyman hətta videoya da çəkib. Süleymanın bu eksperimenti qalmaqala səbəb olub. Təl-Əviv hava limanının nümayəndələri bildiriblər ki, bundan sonra bu cür insidentlərdən yayınmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Təhlükəsizlik Assosiasiyasının baş direktoru Pini Şif isə işçilərin işə götürülməsinə səhlənkar yanaşdığına görə podratçı şirkəti ittiham edib.
Yeri gəlmişkən, KİV nümayəndəsi də öz hərəkətlərinə görə qanun qarşısında cavab verməli olacaq. Hava limanının nümayəndələri Süleymanı məhkəməyə verib.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












