Kadırovun 17 yaşlı oğlu toyuna nadir “Mercedes”lə gəldi – VİDEO

Çeçenistan lideri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam iyunun 28-də öz toyuna Mercedes-Benz G-Class STRONGER THAN THE 1980s ilə gəlib.
Avtosfer.az xəbər verir ki, videoda kiçik Kadırovun avtomobilin pəncərəsindən “Steçkin” tapançasından atəş açdığı görünür.
Məlumata görə, üç rəngdə ümumilikdə 460 avtomobil istehsal edilib (toydan olan fotoda yaşıl rəngli avtomobilin sükanı arxasında kiçik Kadırov əyləşib). Almaniyada onun başlanğıc qiyməti təxminən 190 min dollar olub. Eyni zamanda, qeyd edilir ki, bu avtomobil markası Rusiyaya ixracı qadağan edilənlər siyahısındadır – 2022-ci ilin martında Avropa İttifaqı müvafiq sanksiyaları tətbiq edib.
Adam Kadırov toyda Jacob & Co. Billionaire Ashoka brilyant saatı taxıb. Onun dəyəri 2 milyon dollardan 20 milyon dollara qədərdir.
Adam Kadırovun toyu barədə iyunun 27-də Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova məlumat verib. Ramzan Kadırov bildirib ki, Vladimir Putin şəxsən Adam Kadırovu “ailə həyatına girməsi münasibətilə” təbrik edib.
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO
Nefti ABŞ-dən əvvəl Azərbaycan bu üsulla çıxarıb – Ekspert faktları AÇIQLADI - FOTO
Köhnə avtomobillərin faralarında niyə şüşəsilənlər quraşdırılmışdı? - ARAŞDIRMA
Azərbaycan Göyçə istiqamətində irəliləyib? – XƏRİTƏ
Qadınların hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? - VİDEO
Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA










