Kainat yarananda temperatur neçə dərəcə olub? - ALİMLƏRDƏN ŞOK HESABLAMA
“Maks Plank Radio” Astronomiya İnstitutunun alimləri böyük partlayışdan 880 milyon il sonra kainatın hansı temperatura sahib olduğunu təyin edə biliblər.
TED.az xəbər verir ki, onlar bunu soyuq su qazının əks etdirdiyi kölgə hesabına təyin etməyi bacarıblar.
Sözügedən soyuq su qazı Yer kürəsindən 13.8 milyard işıq ili uzaqlığında yerləşir.
“Kainat genişləndikcə onun temperaturu aşağı düşür və bizim əldə etdiyimiz məlumatlar bunu təsdiqləyir. Tədqiqatlarımız həmçinin hələ aydın olmayan qaranlıq enerjinin təbiətini başa düşmək yolunda vacib əhəmiyyətə sahibdirlər” - deyə, mütəxəssislər qeyd ediblər.
Astronomlar “NOEMA” adlı çox güclü radioteleskop vasitəsilə “HFLS3” adlı qalaktikanı müşahidə ediblər. Sözügedən qalaktikanın daxilində çoxlu sayda cavan ulduz mövcuddur.
“HFLS3” qalaktikasından olan işığın Yer kürəsinə gəlib çatması üçün o qədər çox zaman lazımdır ki, alimlər onu böyük partlayışdan 880 milyon il sonra hansı vəziyyətdə mövcud olduğunu müşahidə edə bilirlər. “HFLS3” qalaktikası ilə Yer kürəsi arasında su qazı buludu mövcuddur. Həmin buludun temperaturu kosmik mikrodalğa arxa plan şüalanmasının temperaturundan daha aşağıdır.
“Daha soyuq qaz ilə kosmik mikrodalğa arxa plan şüalanması arasındakı temperatur fərqi bir çox udma xətləri yaradır. Həmin xətləri müşahidə edərək kosmik mikrodalğa arxa plan şüalanmasının temperaturunu təyin etmək mümkündür. Bu, HFLS3 qalaktikasındakı yeni ulduzların ifraz etdikləri infraqırmızı işıq sayəsində mümkün olub” - deyə, alimlər bildiriblər.
Beləliklə alimlər təyin ediblər ki, böyük partlayışdan 880 milyon il sonra kosmik mikrodalğa arxa plan şüalanmasının temperaturu -256.8 dərəcə selsidən -243 dərəcə selsiyə kimi təşkil edib.
“Bu məlumatlar təkcə kainatın soyumasını sübut etmirlər. Həmçinin erkən kainatın digər fiziki özəlliklərə sahib olduğunu göstərirlər” - deyə, alimlər əlavə ediblər.
Qaranlıq enerjiyə gəldikdə isə güman olunur ki, kainatın genişlənməsinə səbəb olan əsas faktor məhz odur. Lakin texnologiyaların lazımi şəkildə inkişaf etmədikləri səbəbilə qaranlıq enerjini təyin etmək hələ mümkün deyil.