Keşləyə düşən təyyarə 3 nəfərin həyatına necə son qoyur - 92 il əvvəl baş vermiş faciənin TƏFƏRRÜATLARI

O vaxt aeroport indiki yerində deyildi. Keşlə aeroportu şəhərə daha yaxın idi. SSSR-nin məşhur “Aeroflot” şirkəti də hələ təsis edilməmişdi. Sovet məkanında uçuşları "Dobrolyot" cəmiyyəti həyata keçirirdi.
Lent.az-ın sovet arxivlərindəki sənədlərə istinadən xəbərinə görə, K-4 tipli təyyarənin heyəti 06.05-də Bakıdan Tbilisiyə uçuşa başlayır. Ələtdə güclü dumana düşən təyyarə geri qayıdaraq 06.50-də Keşlə aeroportuna enir.
08.00-da təkrar havaya qalxan təyyarə Tbilisiyə yol alır və saat 12.05-də təhlükəsiz şəkildə təyinat aeroportuna enir.
Saat 12.33-də göyərtəsində 2 sərnişin olan təyyarə geriyə, Bakıya yola düşür və yolüstü Gəncə stansiyasına 46 kq poçt bağlaması təhvil verir. Təyyarə saat 16.10-da Bakı aeroportuna yaxınlaşır. Keşləyə çatmağa 1 km qalmış təyyarə alatoranda qəzaya uğrayır. Pilot və 2 cərnişin həlak olur, bortmexanik 3 saat sonra təyyarənin qalıqları arasından yaralı halda tapılır. Beləliklə, cəmi 39 ədəd istehsal edilmiş təyyarənin biri də sıradan çıxır.
İstintaq müəyyən edib ki, təyyarə Bibiheybət mədənləri tərəfdən aerodroma yaxınlaşıb. Görmə şəraiti pisləşdiyi üçün eniş zamanı maşının qanadı dəmir yol xəttinin kənarındakı teleqraf dirəyinə dəyərək onu aşırıb. Təyyarə dəmir yol xəttindən 50 metr aralıda arxası üstə yerə çırpılıb.
İstintaq materiallarına görə, Bakı-Tbilisi hava xəttinin texniki təchizatı aşağı səviyyədə olub. Cəmi 2 pilot və 2 təyyarə olduğu halda, bakılı pilotlar əlavə olaraq ayda 2 dəfə Tiflis-Bakı-Pəhləvi (İranın Ənzəli şəhərinin 1925-1980-ci illərdəki adı) beynəlxalq reysini yerinə yetiriblər. Qışda havanın tez qaralmasını nəzərə almadan aerodrom rəisi təyyarənin Bakıya uçuşuna icazə verib. Pilot isə özünəarxayınlıq nümayiş etdirib.
Qeyd edək ki, həmin dövrdə təyyarələr gündüz uçuş həyata keçirirdilər. Naviqasiya cihazları təkmil olmadığından hava gəmiləri alçaqdan və vizual uçuş edirdilər. Yəni, teleqraf dirəkləri, dəmir və avtombil yollarına baxaraq uçurdular. Məhdud görmə şəraitində belə uçuş qeyri-mümkündür.
Yunanıstanda pulsuz yaşamaq istəyənlər üçün fürsət - FOTO
Bu ölkədə ondan çox elektromobilin yanaşı park edilməsi qadağandır
Cərimədən qorxan sürücüdən qəribə addım; siqareti görün hara atırmış – VİDEO
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq










