Kişilər qadınlardan daha tez və daha çox kökəlir? – İNGİLİS ALİMLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Müxtəlif ölkələrdən toplanan məlumatlar göstərir ki, kişilərlə qadınlar arasındakı boy və çəki fərqləri 1900-cü ildən bəri əhəmiyyətli dərəcədə artıb.
Avtosfer.az xəbər verir ki, Roehempton Universitetinin professoru Levis Helsi və həmkarları tərəfindən aparılan tədqiqat bu fərqin səbəblərini araşdırıb. Nəticədə, məlum olub ki, kişilər qadınlardan daha sürətli şəkildə boy və çəki artımı nümayiş etdirir. Həyat şəraitinin yaxşılaşması, qidaya çıxışın artması və xəstəliklərin azalması bu dəyişiklikdə mühüm rol oynayıb.
Ümumdünya Səhiyyə Təşkilatı və Böyük Britaniyanın məlumatlarından istifadə edilən tədqiqatda İnsan İnkişafı İndeksi (İİİ) əsas meyar kimi götürülüb. Araşdırma göstərib ki, İİİ-də hər 0,2 bəndlik artım qadınlarda orta hesabla 1,7 sm boy və 2,7 kq çəki artımına, kişilərdə isə 4 sm boy və 6,5 kq çəki artımına səbəb olub.
Kişilər daha tez boy və çəki artırır: Böyük Britaniya üzrə məlumatlar göstərir ki, 1900-cü illə müqayisədə qadınların orta boyu 159 sm-dən 162 sm-ə (artım 1,9%), kişilərin isə 170 sm-dən 177 sm-ə (artım 4%) yüksəlib. Bu dövrdə kişilərin boy artımı qadınlarla müqayisədə iki dəfə sürətli olub.
Halsey bildirib ki, qadınlar kişilərin boyunu və fiziki gücünü qoruyucu xüsusiyyətlər olaraq görürlər. Uzun boylu olmaq təkcə fiziki cazibədarlıq deyil, həm də sağlamlıq və sərt ətraf mühit şəraitinə davamlılıq göstəricisidir.

Cinsi seçmə və sosial təsirlər – “Biology Letters” jurnalında dərc olunan araşdırma göstərib ki, qadınlar uzun boylu və əzələli kişiləri üstün tuturlar. Bununla belə, artıq çəkinin hər zaman əzələli bədən quruluşuna işarə etmədiyi vurğulanır.
Uzun boyun bəzi mənfi təsirləri də var. Araşdırmaya görə, uzun boylu fərdlər xərçəng riskinə daha çox meylli ola bilərlər, lakin ümumiyyətlə daha yüksək gəlir səviyyəsinə sahib olurlar.
Minnesota Universitetindən Prof. Maykl Vilson kişilərin daha sürətli boy və çəki artımını "cəlbedici" adlandırıb və bunun bioloji fərqlərin təkamül prosesi ilə əlaqəsini göstərdiyini vurğulayıb.
Eltac Zülfüqaroğlu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO
Nefti ABŞ-dən əvvəl Azərbaycan bu üsulla çıxarıb – Ekspert faktları AÇIQLADI - FOTO
Köhnə avtomobillərin faralarında niyə şüşəsilənlər quraşdırılmışdı? - ARAŞDIRMA
Azərbaycan Göyçə istiqamətində irəliləyib? – XƏRİTƏ
Qadınların hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? - VİDEO
Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA
Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO
Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır - RƏSMİ










