Kişilər, yoxsa qadınlar daha yaxşı sürücüdür? – AQİL RƏHİMOV AÇIQLADI - VİDEO

Son günlər sosial şəbəkələrdə sürücülərin ən çox verdikləri suallardan biri qadınların, yoxsa kişilərin daha az qəza törətməsidir.
Avtosfer.az xəbər verir ki, “Avto FM” radiosunun efirində qonaq olan qəza kursları üzrə məşqçi Aqil Rəhimov deyib ki, qadın sürücülərin sayı kişi sürücülərin sayından azdır:
“Kişilərin qadınlardan daha yaxşı maşın sürməsi fikri doğru deyil. Ağır qəzaya düşən qadınların sayı kişilərdən qat-qat azdır. Maraqlı faktdır, qadınların reaksiyaları zəifdir, amma qəzaya daha az düşürlər. Birincisi, səbəb odur ki, qadınların daxili aləmi başqa cürdür. İstənilən kişidə az da olsa yolda başqa sürücülərlə rəqabət məsələsi var. “Bu məni ötdü?” reaksiyası bütün gənc sürücülərimizdə var, demək olar. Məsələn, kurslara gələn xanımlarda müəllimin, təlimçinin, məşqçinin ona hər şeyi öyrətməsini gözləmək kimi düşüncə var. Amma kişilərin əksəriyyəti, “əşi, mən müəllimdən əskiyəm?!” fikrindədir”.
Aqil Rəhimovun “Avto FM”in efirindəki həmin videosunu sizə təqdim edirik:
Səfər
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO
Nefti ABŞ-dən əvvəl Azərbaycan bu üsulla çıxarıb – Ekspert faktları AÇIQLADI - FOTO
Köhnə avtomobillərin faralarında niyə şüşəsilənlər quraşdırılmışdı? - ARAŞDIRMA
Azərbaycan Göyçə istiqamətində irəliləyib? – XƏRİTƏ
Qadınların hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? - VİDEO
Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA
Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO
Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır - RƏSMİ










